
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ilə görüşüb. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və qarşıdakı dövrdə əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Hikmət Hacıyev və səfir regional və beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.