
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Nyukasl” klubu Bakıda keçiriləcək ilk oyun üçün azarkeşlərinə ayrılan sektorlar üzrə bilet qiymətlərini açıqlayıb.
Məlumata görə, “Nyukasl” azarkeşləri üçün biletin qiyməti 18 funt sterlinq (təxminən 40 AZN) təşkil edir.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması 18 fevral tarixində, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Xatırladaq ki, bu oyun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək və cavab görüşü İngiltərədə olacaq.