
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd olunub.
“Realmedia.info” xəbər verir ki, tədbirdə ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətindəki xidmətlərindən bəhs edilib.
Çıxış edənlər Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıblar. Tədbir iştirakçıları ulu öndərin xatirəsini ehtiramla yad ediblər.






