
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı” alması münasibətilə təbrik edib.
“Realmedia.info” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti mükafatın laureatlarına ünvanladığı videomüraciətdə bildirib.
Ərdoğan bildirib ki, davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyevin atdığı cəsur addımlar, həm də Ermənistan tərəfi tərəfindən göstərilən qətiyyətli iradə son dərəcə əhəmiyyətlidir. O, məqsədi, əhatə dairəsi və məzmunu üzrə iki tərəfin razılaşdığı anlaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inandığını vurğulayıb.