
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağır xəsarət alan Tamilə İsmayılova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, orada vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.