
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyin tələbinə uyğun olaraq, bu norma bütün müəssisə və təşkilatlara şamil edilir.
Qeyd edək ki, sabah — 31 dekabr ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Bu səbəbdən bu gün əmək fəaliyyəti bir saat daha tez başa çatır.