• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentdən konfrans iştirakçılarına müraciət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-11-2024, 19:43





Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü bildirirəm.

Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləmişdir. ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. "Sülh və barışıq axtarışı mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır. Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir.

Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir.

Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək və genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaqdır.

Sizə ən xoş arzularımı çatdırır və 12-ci Baş Assambleyanın işinə uğurlar diləyirəm”.

Oxunub: 49
Paylaş:
Digər xəbərlər

Gündəm

18-11-2024, 19:31

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

24-09-2024, 19:34

İlham Əliyev müraciət ünvanladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

20-09-2024, 19:30

“Bu, yeni iqtisadi imkanlar yaradır” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-08-2024, 19:37

Putin Mehriban Əliyevanı təbrik etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-06-2024, 22:23

VHP seçki ilə bağlı qərar verdi:Sabir Rüstəmxanlı yenə namizəd olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İyulun 22-də pensiyaların tam ödənişi yekunlaşdırılacaq
TƏBİB katalka ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi
400 bal toplayan Paşa İsbəndiyarlı uğurunun sirrini açıqladı: "Əsas məsələ çox oxumaq deyil"
Bayram Aslanov – Gəncə şəhərində təşkilati fəaliyyətə və ictimai dialoqa önəm verən rəhbər
Psixoloq Aygün Paşazadə – Yeniyetmə və ailə psixologiyası sahəsində peşəkar yanaşması ilə seçilən mütəxəssis
DİN və MEDİA-dan özəlləşdirmə çekləri ilə bağlı saxta məlumatlara XƏBƏRDARLIQ
Hadisə
Dün, 15:57
"Vital Hospital"la bağlı yayılan iddialar araşdırılır – Səhiyyə Nazirliyi açıqlama verdi
Dün, 10:48
Zərdabda faciə: 2 yaşlı uşaq otbağlayan aqreqatın altında qalaraq həyatını itirdi
Dün, 09:29
Salyandakı ağır qəzada ölənlərin sayı dördə çatdı
20-07-2026, 17:22
Bakının bu küçəsində yol çökdü – Tıxac yarandı
19-07-2026, 15:00
Ağdam-Füzuli yolu yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
19-07-2026, 14:45
İsmayıllıda ağır yol qəzası: 3 nəfər həyatını itirib
Son xəbərlər
  • Dün, 15:57
    "Vital Hospital"la bağlı yayılan iddialar araşdırılır – Səhiyyə Nazirliyi açıqlama verdi
  • Dün, 15:50
    İyulun 22-də pensiyaların tam ödənişi yekunlaşdırılacaq
  • Dün, 15:40
    TƏBİB katalka ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi
  • Dün, 15:37
    400 bal toplayan Paşa İsbəndiyarlı uğurunun sirrini açıqladı: "Əsas məsələ çox oxumaq deyil"
  • Dün, 14:13
    Bayram Aslanov – Gəncə şəhərində təşkilati fəaliyyətə və ictimai dialoqa önəm verən rəhbər
  • Dün, 14:10
    Psixoloq Aygün Paşazadə – Yeniyetmə və ailə psixologiyası sahəsində peşəkar yanaşması ilə seçilən mütəxəssis
  • Dün, 10:48
    Zərdabda faciə: 2 yaşlı uşaq otbağlayan aqreqatın altında qalaraq həyatını itirdi
  • Dün, 10:10
    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə yola düşüb
  • Dün, 09:29
    Salyandakı ağır qəzada ölənlərin sayı dördə çatdı
  • Dün, 09:20
    DİN və MEDİA-dan özəlləşdirmə çekləri ilə bağlı saxta məlumatlara XƏBƏRDARLIQ
  • 20-07-2026, 17:22
    Bakının bu küçəsində yol çökdü – Tıxac yarandı
  • 20-07-2026, 17:16
    Azərbaycanda işaxtaranlar üçün süni intellektə əsaslanan yeni xidmətlər yaradılacaq
  • 20-07-2026, 17:12
    Prezident dövlət satınalmaları haqqında qanunda dəyişiklikləri təsdiqlədi
  • 20-07-2026, 17:08
    Coşqun Qarayevin yerinə yeni təyinat olub
  • 20-07-2026, 17:05
    İlham Əliyev 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının Tədbirlər Planını təsdiqləyib
  • 20-07-2026, 17:01
    İlham Əliyev İspaniya Kralını dünya çempionluğu münasibətilə təbrik edib
  • 20-07-2026, 16:51
    Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub
  • 20-07-2026, 16:42
    Messi: "İspanlar bizdən daha üstün oynadılar"
  • 20-07-2026, 16:31
    İranda ardıcıl iki güclü zəlzələ baş verib
  • 20-07-2026, 16:08
    İspaniya və Argentina millilərinin start heyətləri açıqlandı
  • 19-07-2026, 15:00
    Ağdam-Füzuli yolu yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
  • 19-07-2026, 14:45
    İsmayıllıda ağır yol qəzası: 3 nəfər həyatını itirib
  • 19-07-2026, 14:43
    Dünya çempionatının finalı "TOP-al" podkastında müzakirə olunub
  • 19-07-2026, 14:40
    "Azərsilah"ın poliqonunda yanğın baş verib
  • 24-06-2026, 16:27
    İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfərə gəlib
  • 24-06-2026, 16:23
    🇦🇿🇹🇲 Türkmənistan Prezidentinin Qarabağ səfəri diqqət çəkib
  • 24-06-2026, 16:14
    🇦🇿 Dövlət qulluqçuları təltif edildi – TAM SİYAHI
  • 24-06-2026, 16:08
    Müavinət, təqaüd və sosial ödənişlərin verilmə tarixi açıqlanıb
  • 24-06-2026, 16:05
    Şabranda bıçaqlanma hadisəsi: məhkəmə hökm çıxarıb
  • 24-06-2026, 16:03
    "General Hospital"ın lisenziyası ləğv edilib
  • 24-06-2026, 15:54
    Ağcabədidə itkin düşən iki yeniyetmə tapılıb
  • 24-06-2026, 15:47
    Dübəndidə sahilboyu təmizlik aksiyası keçirilib
  • 24-06-2026, 09:40
    İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyini ziyarət ediblər
  • 24-06-2026, 09:28
    Qətər Şura Məclisinin sədri Azərbaycana işgüzar səfərə gəlib
  • 23-06-2026, 17:00
    CƏSARƏT ƏZİMOVA DOĞUM GÜNÜ TƏBRİKİ!
Daha çox
  • Təsisçi və Baş direktor: Mahmudova Firəngiz
  • Direktor köməkçisi: İsmayılov Əziz
  • Əlaqə: (+99470) 222 84 02 / (+99455) 384 25 05
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Realmedia.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə