Azərbaycan Respublikası Haqq - Ədalət Partiyası Şəki rayon Təşkilatının sədri Hacər Hüseyn qızı Maqsudinin doğum günüdür. O, 1949-cu il yanvarın 2-də doğulub. Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. Hacər xanım ömrünün 45 ildən çoxunu pedaqoji sahəyə həsr edib.
Hacər xanımın övladlarından biri, idmanın cüdo və qaydasız döyüş növləri ilə peşəkar şəkildə məşğul olmuş Azad Məmmədov bir müddət Rusiyada yaşayıb. O, cüdo üzrə Rusiya və Avropa çempionu adını qazanıb. Azad Əsgər oğlu Məmmədov da Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsini (bakalavr və magistr dərəcələrində) bitirib. Hazırda Haqq - Ədalət Partiyası Şəki rayon Təşkilatı sədrinin müavini və "Qladiator" İdman Klubunun Prezidentidir. Azad müəllim mənim qurucusu olduğum "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəal üzvüdür.
Dəyərli Hacər xanımı doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Bakı şəhəri, 2 yanvar 2026 - cı il.