
Tarif (Qiymət) Şurası elektrik enerjisi və təbii qaz üzrə aylıq sabit tarifləri müəyyən edib.
🔌 Elektrik enerjisi üçün:
Əhali və 1 fazlı təchizatdan istifadə edən qeyri-əhali istehlakçıları – ayda 1 manat
3 fazlı təchizatdan istifadə edən qeyri-əhali istehlakçıları – ayda 3 manat
🔥 Təbii qaz üçün:
Əhali və məişət qaz qurğuları olan qeyri-əhali istehlakçıları – ayda 1 manat
Sənaye qaz qurğuları olan qeyri-əhali istehlakçıları – ayda 3 manat
Şura bildirib ki, bu sabit tariflər istehlakçıların aylıq ödənişlərini müəyyən etməkdə əsas rol oynayacaq.