[center]
[/center
]Realmedia.info-nun əldə etdiyi məlumata görə, Bakıda “Məlhəm Hospital”da kiçik yanğın baş verib
Bakının Nizami rayonunda yerləşən “Məlhəm Hospital”da yanğın hadisəsi qeydə alınıb. Realmedia.info-nun əldə etdiyi məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Məlumata görə, binanın fasadında kiçik tüstülənmə yaranıb və vəziyyət operativ şəkildə nəzarət altına alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb və ciddi ziyan dəyməyib.