
Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğınsöndürmə texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Əraziyə polis əməkdaşları tərəfindən nəzarət təmin olunur, təhlükəsizlik tədbirləri görülür və vətəndaşların hadisə yerinə yaxınlaşmasının qarşısı alınır.